Bank Of Baku

Bu gün Vyanada «Doing Business-2009» İslahatçılar Klubu mükafatlandırma mərasimi keçirəcək

Bu gün Vyanada «Doing Business-2009» İslahatçılar Klubu mükafatlandırma mərasimi keçirəcək
# 22 aprel 2009 11:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Vyanada (Avstriya) «Doing Business-2009» İslahatçılar Klubu mükafatlarının təqdimatı keçirilir. Bu barədə «APA-Economics»ə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və Avstriyanın Federal Maliyyə Nazirliyi tərəfindən təşkil olunmuş İslahatçılar Klubunun əsas məqsədi «Doing Business-2009» hesabatına əsasən 2008-ci ildə dünyanın 10 aparıcı islahatçı hökumətlərinin nailiyyətlərinin qeyd edilməsindən ibarətdir. Həmin 10 ölkədən hər biri hesabatla əhatə olunan biznesin tənzimlənməsinin ən azı üç sahəsində islahatlar həyata keçirib və onların reytinqi əhəmiyyətli dərəcədə yüksəlib. Ən yüksək yerlərə nail olmuş 10 ölkə azalma ardıcılığı ilə aşağıdakılardır: Azərbaycan, Albaniya, Qırğızıstan, Belarus, Seneqal, Burkina Faso, Botsvana, Dominikan, Kolumbiya və Misir.
«Doing Business-2009» hesabatında Azərbaycan dünya ölkələri arasında islahatların həyata keçirilməsinə görə aparıcı islahatçı dövlət hesab olunub.
Tədbirdə Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov təmsil edir.
Qeyd edək ki, «Doing Business-2009» hesabatında Azərbaycan əvvəlki mövqeyini 63 bənd gücləndirərək 33-cü pilləyə yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR