Bank Of Baku

Azərbaycan paytaxtında saxta sement satan obyekt aşkarlanıb

Azərbaycan paytaxtında saxta sement satan obyekt aşkarlanıb
# 22 aprel 2009 13:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən keçirilmiş monitorinq zamanı saxta sement satan obyekt aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq zamanı Bakı şəhərinin Səbail rayonunda 20-ci sahə adlanan ərazidə yerləşən tikinti materiallarının satışı bazarında fiziki şəxs Cəbrayılov Dövlətalı Nəcəf oğluna məxsus topdansatış obyektində ümumi çəkisi 19,1 ton olan 382 kisə «Qaradağ-Sement» ASC-nin «Special M-400» əmtəə nişanı ilə nişanlanmış saxta sementin satıldığı üzə çıxıb. Araşdırmalar nəticəsində saxta sementin qablaşdırılmasında istehlakçıları çaşdırıcı qırmızı rəngdən istifadə edildiyi müəyyənləşdirilib. Aşkar edilmiş saxta sement dövriyyədən çıxarılıb və keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub.
Saxta sementin digər ticarət obyektlərində də satılma ehtimalını nəzərə alaraq, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti digər ərazilərdə də monitorinqləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR