Bank Of Baku

Azpromo-nun Gürcüstan nümayəndəliyinin açılması ləngiyə bilər

Azpromo-nun Gürcüstan nümayəndəliyinin açılması ləngiyə bilər
# 24 aprel 2009 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) aprelin sonuna planlaşdırılan Gürcüstan nümayəndəliyinin açılması ləngiyə bilər. Bu barədə «APA-Economics»ə Azpromo-nun prezidenti Rəhim Hüseynov məlumat verib.
R.Hüseynovun sözlərinə görə, Tiflisdə nümayəndəliyin açılmasına dair bütün hazırlıq işləri artıq başa çatdırılıb ki, hazırda sonuncu razılaşmalar aparılır: «Nümayəndəliyin aprel ayının sonunda açılması nəzərdə tutulub. Lakin müəyyən texniki səbəblərə görə, nümayəndəliyin açılması bir qədər ləngiyə bilər. Amma tam əminliklə deyə bilərəm ki, nümayəndəlik ilin ilk yarısında açılacaq».
Xatırladaq ki, hazırda Azpromo-nun Qazaxıstanda nümayəndəliyi fəaliyyət göstərir.
Qeyd edək ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR