Bank Of Baku

Azərbaycandakı otellər ötən il gəlirləri 10% artırıb

Azərbaycandakı otellər ötən il gəlirləri 10% artırıb
# 24 aprel 2009 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda mehmanxanaların ümumi sayı 50 vahid artaraq 370-ə çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, mehmanxanaların 117-si Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, 22-si Naxçıvan Muxtar Respublikasında, 36-sı Xaçmaz, 23-ü Quba, 23-ü Şamaxı, 20-si Masallı, 13-ü Lənkəran, 11-i Qəbələ, 9-u Zaqatala, 9-u Qusar, hər birində 7-si olmaqla Astara, Şəki, Qax, Qazax rayonlarında və qalan 59-u ölkənin digər regionlarında fəaliyyət göstərir. Hesabat ilində mehmanxanalarda əvvəlki il ilə müqayisədə 41,3% çox, yəni 431,6 min şəxs yerləşdirilib. Həmin şəxslərin 70,6%-i xüsusi, 10,9%-i xarici, 8%-i dövlət, 10,5%-i birgə (xarici qarışıq) mülkiyyətə məxsus mehmanxanalarda yerləşdirilib.
Ötən il ərzində mehmanxanalarda turistlərə gecələmək üçün 1 360,3 min vahid çarpayı-sutka təqdim edilib, onun 723,6 min vahidi ölkə, 636,7 min vahidi isə xarici ölkə vətəndaşlarının payına düşüb.
Yerləşdirilmiş şəxslərin 48,1%-ni ölkə vətəndaşları, 51,9%-ni əcnəbilər təşkil edib. Onların 33%-i istirahət və əyləncə məqsədilə, 32,5%-i işgüzar səfərə, 5,7%-i müalicəyə, 28,8%-i isə digər məqsədlərə görə gəlib. Mehmanxanalarda yerləşdirilmiş turistlərin 58,6%-i Bakıda, 4,7%-i Naxçıvan Muxtar Respublikasında, 6,9%-i Masallı, 5,3%-i Xaçmaz, 3,6%-i Qəbələ, 2,4%-i Gəncə, 2,2%-i Mingəçevir, 2%-i Şamaxı, 1,6%-i Ağstafa, 1,5%-i Quba, 1,4%-i Şəki, 1%-i Lənkəran, 8,8%-i digər rayon və şəhərlərdə fəaliyyət göstərən mehmanxanalarda yaşayıb.
Qeyd edək ki, 2007-ci illə müqayisədə 2008-ci ildə mehmanxanaların fəaliyyətindən əldə edilən gəlir 9,8% artaraq 98,6 mln. manat təşkil edib. Gəlirin 67,7%-i nömrələrin satışından, 20,9%-i qida məhsulların satışından, 6,7%-i müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 4,7%-i isə digər pullu xidmətlərdən əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR