Bank Of Baku

Qara Dəniz Ticarət və İnkişaf Bankı «Almalı» supermarketləri şəbəkəsinin inkişafına kredit ayırır

Qara Dəniz Ticarət və İnkişaf Bankı «Almalı» supermarketləri şəbəkəsinin inkişafına kredit ayırır
# 24 aprel 2009 14:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə ADA Şirkətlər Qrupu arasında «Almalı» ərzaq supermarketləri şəbəkəsinin inkişafı üçün 9 mln. ABŞ dolları həcmində kreditin ayrılmasına dair razılaşma əldə olunub. Bu barədə «APA-Economics»ə ADA Şirkətlər Qrupundan məlumat verilib.
Kreditin ayrılması üçün Rusiyanın Krasnodar vilayətində ADA Şirkətlər Qrupunun sərmayədarlarına məxsus, «Beyker Tilli» beynəlxalq şirkəti tərəfindən 10 mln. ABŞ dolları dəyərində qiymətləndirilən daşınmaz əmlak girov qoyulub. Kredit ADA Şirkətlər Qrupuna LIBOR+6% dərəcəsi ilə 8 il müddətinə verilib.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, may ayının ikinci dekadasında kreditin ilk tranşının köçürülməsinə başlanılacaq.
Şirkətdən həmçinin bildirilib ki, cari ilin ikinci yarısında «Almalı» layihəsinə Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) yeni maliyyə vəsaitlərinin cəlb olunması imkanlarına baxılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın üç böyük şəhərində yerləşən «Almalı» marketləri hər gün 40 mindən çox alıcıya xidmət göstərir. ADA Şirkətlər Qrupu 50 mln. ABŞ dollarına yaxın özəl kapitala, həmçinin regionda ən müasir Xüsusi Paylayıcı Mərkəzə malikdir. Mərkəz məhsulların qəbulu, saxlanması və paylaşdırılmasını müasir dünya standartlarına uyğun həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR