Bank Of Baku

Azərbaycan Avstriyanın iqtisadi əməkdaşlıqla bağlı təkliflərini araşdırır

Azərbaycan Avstriyanın iqtisadi əməkdaşlıqla bağlı təkliflərini araşdırır
# 24 aprel 2009 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Avstriya arasında ticarət əlaqələri istənilən səviyyədə deyil. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rəhim Hüseynov bildirib.
R.Hüseynovun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi 57 mln. avro təşkil edir ki, 2007-ci illə müqayisədə bu göstərici əhəmiyyətli dərəcədə artmayıb: «Avstriyadan Azərbaycana idxal olunan mal və məhsullar cəmi 2 mln. avro, Azərbaycandan Avstriyaya ixrac olunan məhsullar 55 mln. avro təşkil edib. Azərbaycandan Avstriyaya əsasən neft məhsulları göndərilir, Avstriyadan Azərbaycana isə istehsal avadanlıqları gətirilir».
Azpromo-nun prezidenti onu da bildirib ki, hazırda Avstriyanın Azərbaycana olan maraqları öyrənilir və bu ölkənin iş adamlarının müraciətlərinə baxılır: «Biznes-forum tipli tədbirlər iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün həyata keçirilir».
Qeyd edək ki, bu gün Bakıda keçirilən Azərbaycan-Avstriya biznes-forumda kənd təsərrüfatı, turizm, əczaçılıq, energetika və s. sahələrdə fəaliyyət göstərən Avstriyadan 12, Azərbaycandan isə 30-dan artıq şirkət iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR