Bank Of Baku

Xaçmazda sahibkarlarla regional görüş keçirilib

Xaçmazda sahibkarlarla regional görüş keçirilib
# 24 aprel 2009 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Solmaz Mehdiyeva – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən bu gün Xaçmaz rayonunda kredit, regionda istehsal edilən məhsulların sərgisi və sahibkarlar üçün treninq keçirilib. APA-nın şimal bürosunun məlumatına görə, SKMF tərəfindən 6 müvəkkil bank vasitəsi ilə kənd təsərrüfatı, sənaye istehsalı, xalçaçılıq sahəsində fəaliyyət göstərən 48 sahibkara güzəştli kreditlər verilib.
Tədbir çərçivəsində sahibkarlar üçün «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq təşkil olunub. Quba-Xaçmaz iqtisadi regionundan 100-dək sahibkarın iştirak etdiyi treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması barədə məlumatlar verilib.
İqtisadi İnkişaf Nazirliyindən isə «APA-Economics»ə verilən məlumata görə, indiyədək Gəncə-Qazax, Dağlıq Şirvan və Aran iqtisadi rayonlarında Fondun vəsaitləri hesabına 200 sahibkara müvəkkil kredit təşkilatları vasitəsilə 10 mln. manata yaxın güzəştli kreditlər verilib.
Qeyd edək ki, bu il dövlət büdcəsindən SKMF-ə güzəştli kreditlərin verilməsi üçün ayrılmış vəsaitlər də daxil olmaqla, ümumilikdə sahibkarlara 130 mln. manat həcmində güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR