Bank Of Baku

Azərbaycan əhalisi mal və xidmətlərə xərclərini 20% artırıb

Azərbaycan əhalisi mal və xidmətlərə xərclərini 20% artırıb
# 24 aprel 2009 15:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın ticarət və xidmət şəbəkələrində 3 664,5 mln. manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 12,2% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 63,1%-i ticarət fəaliyyətinin, 36,9%-i əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76,6% və 23,4% təşkil edib.
Hesabat rübündə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi də müşahidə olunub. Belə ki, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 141,6 manatlıq və ya 20,2% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR