Bank Of Baku

Mübariz Mənsimov Türkiyədə “İlin iş adamı“ seçilib

Mübariz Mənsimov Türkiyədə “İlin iş adamı“ seçilib
# 27 aprel 2009 14:24 (UTC +04:00)
Bakı – APA. Türkiyənin nüfuzlu “Siyasət” jurnalının ənənəvi olaraq hər il müxtəlif nominasiyalarda seçdiyi “İlin adamları” laureatları arasında “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Qurbanoğlu (Mənsimov) da var. APA-nın xəbərinə görə, M. Qurbanoğlu Türkiyə, Azərbaycan, Rusiya və başqa ölkələrdə həyata keçirdiyi meqa layihələrə görə “İlin iş adamı” adına layiq görülüb. Laureatlar arasında Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaş, İstanbul valisi Müəmmər Gülər, TRT-nin baş direktoru İbrahim Şahin, “Anadolu” agentliyinin baş direktoru Hilmi Bengi, millət vəkilləri və sənətçilər də var. Nominantlar rəsmən Ankaranın “Sheraton” otelində keçiriləcək mərasimdə elan ediləcək. Mərasimdən sonra laureatların şərəfinə rəsmi qəbul veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR