Bank Of Baku

Bakı şəhəri Ticarət və Xidmət Departamenti ilə İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti birləşdirilə bilər

Bakı şəhəri Ticarət və Xidmət Departamenti ilə İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti birləşdirilə bilər
# 28 aprel 2009 13:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan parlamentinin bugünkü iclasında Hesablama Palatasının hesabatı ilə bağlı aparılan müzakirələrdə deputat Vahid Əhmədov ölkədə eyni funksiyaları yerinə yetirən qurumların birləşdirilməsi və ya ləğv edilməsi təklifini irəli sürüb. APA-nın məlumatına görə, millət vəkili hazırda ölkədə bir çox dövlət təşkilatlarının eyni işi gördüyünü deyib: «Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti də belə strukturlardandır».
Məsələyə münasibət bildirən Hesablama Palatasının sədri Heydər Əsədov qaldırılan problemin həllinin gündəmdə olduğunu deyib. H.Əsədov bildirib ki, adı çəkilən iki strukturdan birinin ləğv ediləcəyi gözlənilir: «Bu qurumların hər ikisinin funksiyası eynidir. Biz təklif edəcəyik ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti ilə İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti eyni funksiyanı yerinə yetirməsin. Ancaq biz qərar qəbul edən orqan deyilik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR