Bank Of Baku

Azərbaycanda daha bir qənd istehsalı müəssisəsi bağlanıb

Azərbaycanda daha bir qənd istehsalı müəssisəsi bağlanıb
# 28 aprel 2009 14:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) fiziki şəxs statusu ilə sahibkarlıq fəaliyyəti göstərən Ələmdar Kərimovun rəhbərlik etdiyi qənd istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı müəyyən olunub ki, məhsul fiziki-kimyəvi və mikrobioloji göstəricilərinə görə QOST 22-94 standartının tələblərinə cavab vermir. Qəndin tərkibində bağırsaq çöpü qrupuna mənsub bakteriyalar və normadan artıq maya göbələkləri aşkarlanıb. Yoxlamalar zamanı həmçinin məlum olub ki, müəssisədə istehsal olunan məhsul sertifikatlaşdırılmayıb, məhsulun təhlükəsizlik göstəricilərinin yoxlandığını təsdiq edən və Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikatı yoxdur. Yoxlamaların nəticəsi olaraq, təsərrüfat subyektində məhsul istehsalı və satışı qadağan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR