Bank Of Baku

Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuş 2 müəssisə tələbnaməyə əməl etmədiyi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuş 2 müəssisə tələbnaməyə əməl etmədiyi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilib
# 28 aprel 2009 14:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) qanun pozuntuları ilə bağlı istehsalına qadağa qoyulmuş 2 müəssisə barədə sənədləri tələbnaməyə əməl etmədikləri üçün hüquq-mühafizə orqanlarına göndərib. Bu barədə «APA-Economics»ə komitənin mətbuat xidmətindən məlumat verilib.
Aparılan təkrar araşdırmalar zamanı məlum olub ki, «İki qardaş» MMC-də qazlı su və alkoqolsuz içkilərin istehsal və satışının qadağan olunması barədə verilmiş tələbnamələr icra olunmayıb. Fiziki şəxs Vüsalə Bayramovaya məxsus müəssisədə isə iradnamədə qeyd olunan nöqsanlar aradan qaldırılmayıb. Müəssisədə istehsal olunan şərq şirniyyatı, biskvitli-kremli tort, bulkanın istehsalı və satışı qadağan edilib.
Hər iki halda inzibati protokol tərtib olunaraq sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR