Bank Of Baku

Azərbaycanda bu il 199 sahibkarın investisiya layihəsinin icrasına 10 mln. manat güzəştli kredit ayrılıb

Azərbaycanda bu il 199 sahibkarın investisiya layihəsinin icrasına 10 mln. manat güzəştli kredit ayrılıb
# 28 aprel 2009 14:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən ölkənin iş adamlarına verilən güzəştli kreditlərin hesabına Azərbaycanda 350 yeni iş yeri yaradılacaq.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, indiyədək Fond tərəfindən 199 sahibkarın investisiya layihəsinin icrası üçün bu il artıq 10 mln. manat həcmində kredit verilib: «Verilmiş kreditlər əsasən kənd təsərrüfatı, qablaşdırma, xalq sənəti, xalçaçılıq və digər sahələrə yönəldilib. Kredit almış sahibkarlar artıq yeni bazarlar tapmaq niyyətindədir».
Xatırladaq ki, SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir. Bu il dövlət büdcəsindən SKMF-a güzəştli kreditlərin verilməsi məqsədilə 80 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub Ümumilikdə isə, Fondun xəzinə hesabına qaytarılacaq kredit məbləğləri və kredit faizləri də daxil olmaqla, 2009-cu ildə sahibkarlara 130 mln. manat məbləğində güzəştli kreditin verilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR