Bank Of Baku

TİKA Azərbaycanda arıçılığın inkişafı layihəsinin icrasına başlayır

TİKA Azərbaycanda arıçılığın inkişafı layihəsinin icrasına başlayır
# 30 aprel 2009 13:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türk Əməkdaşlıq və İnkişaf İdarəsi (TİKA) yaxın vaxtlarda Azərbaycanda arıçılığın inkişafının dəstəklənməsi layihəsinin icrasına başlayacaq. Bu barədə «APA-Economics»ə TİKA-nın Azərbaycan üzrə proqram əlaqələndiricisi Əbubəkir Çelik məlumat verib.
Ə.Çelikin sözlərinə görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Arıçılar Birliyi ilə birgə Xızı rayonunda həyata keçiriləcək layihə çərçivəsində ana arıların bəslənməsi və ölkənin müxtəlif bölgələrində arıçılara verilməsi planlaşdırılır.
«Layihə çərçivəsində Qafqaz ana arıları artırılacaq. Həmçinin, arıçılara təlimlər keçiləcək. Yaxın vaxtlarda arıların saxlanılması üçün lazım olan avadanlıqlar Azərbaycana gətiriləcək»,- deyə Ə.Çelik vurğulayıb.
TİKA 2008-ci ildə Azərbaycanda 97 layihənin həyata keçirilməsində iştirak edib. Ötən il TİKA-nın dəstəyi ilə Azərbaycan şirkətləri Türkiyədə keçirilən 24 sərgidə iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR