Bank Of Baku

Qüdrət Kərimov: «Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilmir»

Qüdrət Kərimov: «Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilmir»
# 30 aprel 2009 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) sahibkarlarla dövlət qurumları arasında münasibətləri lazımi səviyyədə tənzimləyə bilmir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının sədr müavini, «Xəzər» SC-nin sədri Qüdrət Kərimov bildirib.
«ASK-nın rəhbərliyi bu gün dövlət-sahibkar münasibətlərinin tənzimlənməsində üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Buna görə də konfederasiyanın fəaliyyətinə yenidən baxılmalıdır», - deyə Q.Kərimov vurğulayıb.
Q.Kərimovun sözlərinə görə, bu gün sahibkarlar bir çox problemlərlə qarşılaşırlar.
Qeyd edək ki, Q.Kərimov ASK-nın bu gün keçirilən qurultayında tədbirin təşkili, iclasın sədr və katibinin seçilməsi ilə bağlı etirazını bildirdikdə iclasa rəhbərlik edən ASK-nın prezidenti Ələkbər Məmmədovla münaqişəsi yaranıb. Ə.Məmmədov iclas keçirilən zala təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR