Bank Of Baku

Los-Ancelesdə Azərbaycan İnvestisiya Şirkətinin təqdimatı keçirilib

Los-Ancelesdə Azərbaycan İnvestisiya Şirkətinin təqdimatı keçirilib
# 01 may 2009 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Los-Ancelesdə (ABŞ) səfərdə olan Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev Azərbaycanın ABŞ-dakı baş konsulluğunun yerli icra orqanları və iş adamları üçün təşkil etdiyi seminarda iştirak edib.
Azərbaycanın ABŞ-dakı baş konsulluğundan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən Ə.İsayev ölkənin iqtisadi inkişafından danışıb və qeyd edib ki, kənd təsərrüfatı, nəqliyyat, turizm və bu kimi sahələr Azərbaycanda prioritet sayılır. Bundan başqa, Ə.İsayev AİŞ-in fəaliyyəti və prinsipləri barədə tədbir iştirakçılarına məlumat verib.
Səfər çərçivəsində AİŞ-in icraçı direktoru Milken İnstitutunun (Milken Institute) hər il keçirdiyi beynəlxalq konfransda iştirak edib. Konfrans çərçivəsində Ə.İsayev Azərbaycanın iqtisadi diversifikasiyada olan təcrübəsindən məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR