Bank Of Baku

Azərbaycanın bütün şəhər və rayonları yaxın üç ilə vergi kompüter terminalları ilə təmin olunacaq

Azərbaycanın bütün şəhər və rayonları yaxın üç ilə vergi kompüter terminalları ilə təmin olunacaq
# 01 may 2009 12:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2013-cü ilə qədər bütün rayonlarda vergi kompüter terminalları quraşdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Departamentinin rəisi Elçin Məmmədov bildirib.
Nazirlik nümayəndəsinin sözlərinə görə, bu il əhalinin sayı çox olan bir neçə rayonda kompüter terminallarının yaradılması nəzərdə tutulur.
E.Məmmədovun sözlərinə görə, hazırda 15 rayonda belə terminallar mövcuddur. Bu terminallarda vergi ödəyicilərinin sualları cavablandırılır, həmçinin bəyannamələrin elektron formatda göndərişi həyata keçirilir, vergi ödəyicilərinə müxtəlif xidmətlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR