Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu Ukrayna və Qazaxıstanın təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu  Ukrayna və Qazaxıstanın təşkilatları ilə əməkdaşlıq memorandumu imzalayıb
# 04 may 2009 12:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ukraynanın Sahibkarlığa Kömək Fondu və Qazaxıstanın «Damu» Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq memorandumu imzalayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, memorandumlarda maliyyə-kredit sisteminin və sahibkarlığa kömək infrastrukturunun təkmilləşdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sahəsində məlumat mübadiləsinin aparılması, görüşlərin, seminarların, dəyirmi masaların, sərgilərin və digər tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR