Bank Of Baku

Azərbaycanda özəlləşdirmə çeklərinin ¾-ü dövriyyədən çıxarılıb

Azərbaycanda özəlləşdirmə çeklərinin ¾-ü dövriyyədən çıxarılıb
# 06 may 2009 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin may ayının 1-dək Azərbaycanda təxminən 23,6 mln. ədəd dövlət özəlləşdirmə çeki dövriyyədən çıxarılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu, 1997-ci ilin mart ayında dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin ümumi sayının 73,8%-i deməkdir. Çeklərlə yanaşı, qeyd olunan dövrə 10 mln. ədədə yaxın özəlləşdirmə opsionu silinib.

Qeyd edək ki, dövlət özəlləşdirmə çekləri 1997-ci ilin mart ayından dövriyyəyə buraxılıb və maksimal qiyməti 84 manat (1 pay) olub. Hazırda «qara bazarda» 1 özəlləşdirmə payının (4 çek) alış-satış qiyməti 8-9 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR