Bank Of Baku

Bu il Azərbaycanda investisiya müsabiqələrində özəlləşdirilmiş müəssisələrə 30 mln. manat sərmayə yatırılıb

Bu il Azərbaycanda investisiya müsabiqələrində özəlləşdirilmiş müəssisələrə 30 mln. manat sərmayə yatırılıb
# 06 may 2009 11:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 250-ə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bununla yanaşı, hesabat dövründə 190-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib, dövlət müəssisələrinin bazasında 4 səhmdar cəmiyyəti yaradılıb. Səhmlərin özəlləşdirilməsi ilə bağlı keçirilmiş 16 hərracda isə 21 səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə 40-a yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dividentlərin ödənilməsi təmin edilib.

Hesabat dövründə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30 mln. manata yaxın investisiya qoyulub. Ümumilikdə, özəlləşdirmə prosesi çərçivəsində keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 430 mln. manata yaxın investisiya qoyularaq bu müəssisələrdə təqribən 12,5 mindən çox iş yeri açılıb.

Cari ilin ilk 4 ayında investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 3 müəssisə («Ceyranbatan Sutikintitəchizat» ASC, «İmişli Yol Tikinti-6» ASC və «Respublika Stomatoloji Mərkəzi» ASC) üzrə mülkiyyət hüququ alıcılara keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR