Bank Of Baku

Azərbaycanla Macarıstan arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanla Macarıstan arasında anlaşma memorandumu imzalanıb
# 06 may 2009 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov Bakıda səfərdə olan Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyasının (MGYOSZ) vitse-prezidenti Tsaba Oroszun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, görüş çərçivəsində Ə.Məmmədov Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti barədə ətraflı məlumat verib və Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin daha da genişləndirilməsi üçün səylərin artırılmasının əhəmiyyətli olduğunu bildirib.
Görüşün sonunda ASK ilə MGYOSZ arasında anlaşma memorandumu imzalanıb. Memorandum Azərbaycan və Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasına və inkişaf etdirilməsinə yardım göstərilməsi, sahibkarlığın inkişaf etdirilməsi məqsədilə hər iki tərəfdən təmsil olunan iş adamları arasında mütəmadi görüşlərin, təcrübə mübadiləsinin, maarifləndirici tədbirlərin təşkil olunması və keçirilməsi, hər iki tərəfin sahibkarlarının məhsul və xidmətlərinin təqdimatı və sərgilərin təşkili, sərgi və yarmarkalarda birgə iştirakı, bu tədbirlərdə sahibkarların daha geniş təmsil olunmasına birgə səylərin göstərilməsi, birgə müəssisələrin yaradılması və s. sahələri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR