Bank Of Baku

Bakıda daha 462 ton saxta sement aşkarlanıb

Bakıda daha 462 ton saxta sement aşkarlanıb
# 06 may 2009 15:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi monitorinq zamanı saxta sement satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhərinin Dəniz Limanı ərazisində yerləşən sement satışı obyektində fiziki şəxs Möhübbət Məmmədova məxsus satış obyektində ümumi çəkisi 462,3 ton olan 9 245 kisə mənşəyi məlum olmayan sement aşkarlanıb. Sement dövriyyədən çıxarılaraq keyfiyyətinin yoxlanılması üçün laborator müayinəyə təqdim olunub.
Qeyd edək ki, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin aprel-may aylarında keçirdiyi nəzarət tədbirləri nəticəsində 500 tona yaxın saxta, mənşəyi məlum olmayan sement aşkarlanaraq satışdan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR