Bank Of Baku

Son bir ayda Azərbaycanın 2,1 min vergi ödəyicisində qanunvericilik pozuntusu faktı aşkarlanıb

Son bir ayda Azərbaycanın 2,1 min vergi ödəyicisində qanunvericilik pozuntusu faktı aşkarlanıb
# 08 may 2009 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən aprelin 1-dən mayın 3-dək keçirilmiş operativ nəzarət tədbirləri zamanı 2 097 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Bu zaman 902 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 124 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 272 vergi ödəyicisi aşkar olunub, 487 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziyasız məşğul olması faktları müəyyənləşdirilib.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 64 vergi ödəyicisində 64 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 88 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 147 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunub.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 5 179,5 manat dəyərində 1 091 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR