Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda idxal buğdaya yenidən ƏDV-nin tətbiqi çörəyin satış qiymətinə təsir etməyəcək

İqtisadi İnkişaf Nazirliyi: Azərbaycanda idxal buğdaya yenidən ƏDV-nin tətbiqi çörəyin satış qiymətinə təsir etməyəcək
# 08 may 2009 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda may ayının 1-dən etibarən idxal olunan buğdaya əlavə dəyər vergisinin (ƏDV) tətbiqi daxili bazarda çörəyin satış qiymətinə təsir etməyəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb: «Son günlər bəzi KİV-də idxal olunan buğdaya tətbiq edilən ƏDV-nin bərpası ilə bağlı çörəyin qiymətinin artacağı barədə məlumatlar yayılır. Strateji ərzaq məhsulu olduğunu nəzərə alaraq, çörəyin qiymətinə daimi nəzarət həyata keçirilir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumlarının bu sahədə gündəlik keçirdikləri monitorinqlər çörəyin qiymətində hər hansı dəyişikliyin olmadığını göstərir».

Nazirlikdən həmçinin bildirilib ki, mütəmadi olaraq taxıl idxalçıları və çörəkbişirmə müəssisələri ilə görüşlər keçirilir və çörəyin qiymətinə təsir edə biləcək amillərlə bağlı müzakirələr aparılır. Sonuncu dəfə analoji görüş mayın 2-də keçirilib və buğda idxalına ƏDV üzrə güzəştin ləğvinin çörəyin qiymətinin artmasına təsiri məsələsi geniş müzakirə olunub. Müzakirələrdə və aparılmış hesablamalar nəticəsində buğda idxalına tətbiq edilən ƏDV-nin bərpa olunmasının ölkədə istehsal edilən çörəyin maya dəyərinə və rentabelliyə təsirinin cüzi olduğu, nəticə olaraq pərakəndə satış qiymətinə təsiri üçün əsasın olmadığı qənaətinə gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR