Bank Of Baku

Azərbaycan paytaxtında saxta məhsullar aşkarlanıb

Azərbaycan paytaxtında saxta məhsullar aşkarlanıb
# 08 may 2009 12:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Bakı şəhərində aparılan yoxlamalar zamanı topdansatış ticarət obyektində saxta məhsulların satışı faktı aşkarlayıb. Bu barədə «APA-Economics»ə komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitə müfəttişləri tərəfindən fiziki şəxs Şəmsəddin Həsənova məxsus obyektdə aparılan yoxlama zamanı məlum olub ki, «Sladkiy Saxar» markalı şəkər tozu, «Çernaya Karta» qəhvəsi, turşuya qoyulmuş bibər, «Robin Tea» və «Damask» çayları, «Nutrulak» uşaq yeməyinin tərkibi və əmtəə nişanı saxtalaşdırılıb, malların uyğunluq sertifikatı olmayıb və yararlılıq müddəti başa çatıb. Araşdırmaların nəticəsi olaraq həmin obyektdə ümumi dəyəri 236,18 manat olan adıçəkilən məhsullar müvafiq akt əsasında məhv edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin obyektin sahibinə qarşı qanunvericiliyə uyğun olaraq inzibati cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR