Bank Of Baku

Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək

Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək
# 08 may 2009 14:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 12-də Bakıda Azərbaycan-Yunanıstan biznes-forumu keçiriləcək. Forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə keçirilir.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forum Yunanıstanın xarici işlər nazirinin müavini Miltiadis Varvitsiotisin Azərbaycana səfəri çərçivəsində keçiriləcək: «Tədbirdə daşınmaz əmlak, qida sənayesi, əczaçılıq, tikinti, maliyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə fəaliyyət göstərən Yunanıstanın 40, Azərbaycanın isə 100-ə yaxın şirkətin nümayəndələri iştirak edəcək».
Qeyd edək ki, biznes-forum çərçivəsində yunan və azərbaycanlı sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR