Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyi sahibkarlar üçün növbəti regional treninq keçirib

İqtisadi İnkişaf Nazirliyi sahibkarlar üçün növbəti regional treninq keçirib
# 09 may 2009 12:30 (UTC +04:00)
Bakı – APA. Dünən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Kömək Milli Fondu Şamaxıda Dağlıq Şirvan iqtisadi rayonunun sahibkarları üçün «Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirib. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Tədbirdə Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan kənd təsərrüfatı, sənaye və xidmət sahələri üzrə 50-dən çox sahibkar iştirak edib. Treninqdə sahibkarlara investisiya layihələrinin hazırlanması, biznes-planların tərtib edilməsi, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə qaydaları barədə ətraflı məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Növbəti treninqin mayın 15-də Yevlaxda keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR