Bank Of Baku

Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə Yunanıstan Sahibkarlar Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan-Türkiyə İş Adamları Birliyi ilə Yunanıstan Sahibkarlar Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb
# 12 may 2009 14:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Yunanıstan Sahibkarlar Federasiyası (SEV) arasında əməkdaşlıq protokolu imzalanıb. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.

Əməkdaşlıq protokoluna görə, tərəflər Azərbaycan, Yunanıstan və Türkiyənin biznes mühitini Azərbaycan və Yunanıstanın müxtəlif sektorlarındakı investisiya, ticarət və birgə əməkdaşlıq imkanları barədə yenilənmiş və faydalı məlumatla təmin edəcəklər. Həmçinin? hər üç dövlətdən olan iş adamlarının və biznes heyətlərinin tələb və istəklərinə uyğun mövzularda görüşləri təşkil olunacaq.

Bundan başqa, Yunanıstan, Azərbaycan və Türkiyədən olan şirkətlərin adıçəkilən ölkələrdə qarşılaşdıqları maneələr, əngəllərlə bağlı məsələ qaldırılması, hökumət və dövlət strukturlarında lobbiçilik fəaliyyəti həyata keçirmək də əməkdaşlıq protokoluna daxil edilib.

İmzalanmış sənədə əsasən ATİB və SEV Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) çərçivəsində sıx əməkdaşlıq qurmaq, beləliklə Qara dəniz və Xəzər dənizi bazarına iqtisadi inteqrasiyanı, bölgəyə ticarət və investisiya axınının gücləndirilməsi barədə razılığa gəliblər.

Protokolu ATİB tərəfindən İdarə Heyətinin sədri Ahmet Erentok, SEV tərəfindən isə Direktorlar Şurasının sədr müavini və Beynəlxalq Əlaqələr üzrə məsul şəxs Atanase Lavidas imzalayıb.

Qeyd edək ki, SEV 2009-2011-ci illər üçün UBCCE sədrliyini icra edir. ATİB növbəti iki il üçün UBCCE-nin I vitse-prezidentidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR