Bank Of Baku

Azpromo ilə Yunanıstan Sahibkarlar Federasiyası arasında anlaşma memorandumu imzalanıb

Azpromo ilə Yunanıstan Sahibkarlar Federasiyası arasında anlaşma memorandumu imzalanıb
# 12 may 2009 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Yunan Sahibkarlar Federasiyası (SEV) arasında anlaşma memorandumu imzalanıb.
«APA-Economics»in məlumatına görə, sənədi Azərbaycan tərəfindən Azpromo-nun prezidenti Rəhim Hüseynov, Yunanıstan tərəfindən isə SEV-in İdarə Heyətinin sədri Atanase Lavidas imzalayıblar. Sənəddə investisiya mühiti, iqtisadi və investisiya imkanlarının inkişafı və bu sahədə qanunvericilik aktları barədə məlumat mübadiləsi, sahibkarlar arasında görüşlərin, biznes-forumların, seminar və təlimlərin təşkili və bir sıra digər məsələlər əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR