Bank Of Baku

Şirvanda 35,5 ton saxta sement aşkarlanıb

Şirvanda 35,5 ton saxta sement aşkarlanıb
# 13 may 2009 09:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Şirvan şəhərində keçirdiyi monitorinq zamanı keyfiyyətsiz sement məhsulları aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı Şirvan şəhərinin 1 May küçəsində yerləşən və fiziki şəxs Tofiq Abdulova məxsus sement satışı obyektində ümumi çəkisi 35,5 ton olan 710 kisə mənşəyi məlum olmayan sement aşkarlanıb. Müəyyən olunmuş keyfiyyətsiz sement dövriyyədən çıxarılmış və keyfiyyətinin yoxlanılması üçün götürülmüş nümunə laborator müayinəyə təqdim olunub.

Qeyd edək ki, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin cari ilin əvvəlindən sement bazarında keçirdiyi nəzarət tədbirləri zamanı 535 tona yaxın saxta, mənşəyi məlum olmayan sement aşkar olunaraq satışdan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR