Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov istefa verib

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov istefa verib
# 13 may 2009 12:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov istefa verib. Bu barədə «APA-Economics»ə ASK-dan məlumat verilib.

Konfederasiyadan bildirilib ki, bu günlərdə ASK-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib. Toplantıda bu ilin aprelin 30-da keçirilmiş ASK-nın II Qurultayının yekunları müzakirə olunub. İclasda çıxış edən qurumun prezidenti Ə.Məmmədov elmi-pedaqoji fəaliyyətini əsas gətirərək, tutduğu vəzifədən istefa verib. Bununla əlaqədar, ASK-nın nizamnaməsinə uyğun olaraq, növbədənkənar qurultay çağırılana qədər Konfederasiyanın prezidentinin səlahiyyətləri vitse-prezident Etibar Əliyev tərəfindən icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR