Bank Of Baku

Binəqədi rayonunda 16 minə yaxın yararsız qida məhsulu aşkarlanıb

Binəqədi rayonunda 16 minə yaxın yararsız qida məhsulu aşkarlanıb
# 13 may 2009 12:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarının mənşəyi məlum olmayan, istifadə müddəti ötmüş və yararsız ərzaq məhsullarından qorunması ilə bağlı tədbirlər çərçivəsində Binəqədi rayonu ərazisində monitorinq keçirib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Dərnəgül qəsəbəsi, 3016 məhəllədə Səfixan Abdullayevə məxsus topdansatış obyektdə peçenye, qənd, vafli, rulet, halva, şokolad yağı, kolbasa, yoğurt, pendir, turşu, limon suyu, ketçup və s. kimi 26 çeşiddə 9 452 ədəd istifadəyə yararsız qida məhsulu aşkar olunub.

Bundan başqa, həmin ünvanda yerləşən və Əvəz Məlikova məxsus topdansatış obyektdə isə 44 adda 6 433 ədəd istifadəyə yararsız ərzaq məhsulu (tomat, çay, halva, zeytun yağı, süd, makaron, konfet, xama, kvas, un, xurma və s.) aşkar edilib.

Keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv olunub, obyekt sahibləri barədə isə qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR