Bank Of Baku

Maliyyə böhranı ilə bağlı Azərbaycanda bağlanan Türkiyə kapitallı şirkət olmayıb

Maliyyə böhranı ilə bağlı Azərbaycanda bağlanan Türkiyə kapitallı şirkət olmayıb
# 13 may 2009 14:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Dünyada müşahidə olunan maliyyə böhranı ilə bağlı Azərbaycanda iflasa uğrayan və ya fəaliyyətini dayandıran Türkiyə kapitallı şirkət olmayıb. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok bildirib.

Ə.Erentokun sözlərinə görə, böhran Azərbaycana daha az təsir göstərib. ATİB sədrinin fikrincə, bunun səbəbi Azərbaycan ixracının az olması ilə bağlıdır.

ATİB sədri bəzi şirkətlərin fəaliyyətində müəyyən problemlərin yaşandığını da qeyd edib: «Buna baxmayaraq, bağlanan Türkiyə kapitallı şirkət olmayıb».

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 230-dan artıq Türkiyə şirkətinin yatırdığı sərmayə 2 mlrd. dollardan çoxdur. Bu şirkətlərdə 30 min nəfər yerli və xarici işçi çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR