Bank Of Baku

Azərbaycan standartlaşdırma və sertifikatlaşdırma sahəsində fəaliyyətin razılaşdırılması işini gücləndirir

Azərbaycan standartlaşdırma və sertifikatlaşdırma sahəsində fəaliyyətin razılaşdırılması işini gücləndirir
# 14 may 2009 12:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) standartlaşdırma və sertifikatlaşdırma sahəsində hüquqi və fiziki şəxslərin ölkə ərazisində fəaliyyətinin razılaşdırılması üzrə seminar keçirib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən qurumun aparat rəhbəri Arif Əşrəfov bildirib ki, hazırda Azərbaycanda bu sahə liberallaşdırılır və müxtəlif qurumlara SMPDK tərəfindən icazələr verilir.

A.Əşrəfovun sözlərinə görə, SMPDK tərəfindən icazənin verilməsi üçün şirkətlərin müasir standartlara cavab verən laboratoriyaları olmalı və həmin laboratoriyalar Komitədə akkreditasiyadan keçməlidir. Həmin şirkətlər SMPDK-nin icazəsini aldıqdan sonra müxtəlif təsərrüfat subyektlərinə sertifikatlar verə bilər: «Hazırda Azərbaycanda daxili bazarın qorunması istiqamətində müəyyən addımlar atırıq. Belə ki, qarşıda duran əsas məsələlərdən biri idxal potensialından ixraca keçmək və keyfiyyətli məhsul istehsalına nail olmaqdır».

A.Əşrəfov bildirib ki, beynəlxalq standartları əldə etmədən ixrac potensialından danışmaq olmaz. Hazırda Azərbaycanın standartlaşdırma fondunda 7 mindən çox İSO standartı mövcuddur ki, bu standartların tərcüməsi istiqamətində iş aparılır.

A.Əşrəfov əlavə edib ki, Azərbaycanda bəzi təsərrüfat subyektləri normativ sənədlərin tələblərinə uyğun olmayan, eyni zamanda insan həyatı üçün təhlükəli olan məhsullar istehsal edir: «Biz bu cür təsərrüfat subyektlərinə qarşı mübarizə aparırıq. Bu yaxınlarda 16 təsərrüfat subyektinə qarşı ciddi tədbirlər görülüb və onların fəaliyyətinin dayandırılması üçün tələbnamələr verilib».

A.Əşrəfov qeyd edib ki, bu ilin «Uşaq ili» elan olunması ilə bağlı artıq SMPDK uşaq oyuncaqları və uşaq yeməkləri ilə bağlı monitorinqlərə başlayıb. Bu monitorinqlər müxtəlif qurumlarla əlaqələndirilməklə birgə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR