Bank Of Baku

Horadizdə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib

Horadizdə «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib
# 15 may 2009 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Horadiz şəhərində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) «Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı istehsalı və emalı, mebel istehsalı sahələri üzrə Yuxarı Qarabağ və Aran iqtisadi rayonlarından olan 90-dək sahibkara güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Qeyd edək ki, bu ilin əvvəlindən Gəncə-Qazax, Dağlıq Şirvan, Aran, Quba-Xaçmaz iqtisadi rayonlarında keçirilmiş analoji tədbirlərdə Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 350-dən çox sahibkara 20 mln. manata yaxın güzəştli kredit verilib.

Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat ola bilər.

Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR