Bank Of Baku

Yevlaxda Aran iqtisadi rayonunun sahibkarları üçün treninq keçirilib

Yevlaxda Aran iqtisadi rayonunun sahibkarları üçün treninq keçirilib
# 15 may 2009 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Yevlaxda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi və Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Aran iqtisadi rayonunun sahibkarları üçün «SKMF-in vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda növbəti treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Mingəçevir, Yevlax və Bərdədən olan, kənd təsərrüfatı, sənaye və xidmət sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, SKMF-in fəaliyyəti, güzəştli kreditlərindən istifadə qaydaları və bir sıra digər məlumatlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR