Bank Of Baku

Azərbaycan paytaxtında 1,4 tondan çox keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb

Azərbaycan paytaxtında 1,4 tondan çox keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb
# 18 may 2009 11:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Bakı şəhərində apardığı araşdırmalar zamanı bir ticarət obyektində ümumi çəkisi 1,4 tondan çox olan keyfiyyətsiz ərzaq məhsulları aşkar edilib. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət Xidmətinin Bakı şəhəri A.Cəlilov küçəsi,23 ünvanında yerləşən «Fərid» müstəqil şirkətinə məxsus topdansatış obyektində apardığı monitorinq zamanı ümumi çəkisi 1 420,1 kq olan 18 336 ədəd istifadə müddəti ötmüş və yararsız ərzaq məhsulları (kolbasa, pendir, qənnadı məmulatları, yoqurt və s.) aşkar olunub. Həmin məhsullar Dövlət Xidmətinin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR