Bank Of Baku

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu ilk dəfə beynəlxalq auditdən keçəcək

Azərbaycan Sahibkarlığa Kömək Milli Fondu ilk dəfə beynəlxalq auditdən keçəcək
# 19 may 2009 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) auditini «Baker Tilly Audit Azerbaijan» audit şirkəti keçirəcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, dövlət büdcəsindən ayrılan vəsaitlərin sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsində şəffaflığın və səmərəliliyin təmin olunması məqsədilə Fondun 2008-ci il üçün illik maliyyə hesabatlarının beynəlxalq audit şirkəti tərəfindən qiymətləndirilməsi və təsdiq olunması qərara alınıb. Bu məqsədlə qanunvericiliyə uyğun aparılan seçim əsasında «Baker Tilly Audit Azerbaijan» audit şirkəti qalib elan olunub.

«Baker Tilly Audit Azerbaijan» şirkəti SKMF-in 2008-ci il üçün auditini aparacaq, bununla da yarandığı 1992-ci ildən etibarən Fond ilk dəfə beynəlxalq auditdən keçəcək.

SKMF-in illik maliyyə hesabatlarının beynəlxalq auditinin keçirilməsi şəffaflığın təmin edilməsi, səmərəliliyin artırılması ilə yanaşı, xarici maliyyə bazarından əlavə resurs cəlb edilməsinə yeni imkanlar açacaq, Fondun gələcəkdə özünümaliyyələşdirməyə keçməsi imkanlarını genişləndirəcək.

Qeyd edək ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 35 kredit təşkilatı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.

Xatırladaq ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR