Bank Of Baku

«Brand Award Azerbaijan» mükafatlandırma aksiyası çərçivəsində internet-səsverməyə başlanılıb

«Brand Award Azerbaijan» mükafatlandırma aksiyası çərçivəsində internet-səsverməyə başlanılıb
# 19 may 2009 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) ikinci «Brand Award Azerbaijan» mükafatlandırma aksiyası çərçivəsində internet-səsverməyə start verib.

CEIBC-dən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda ən populyar olan ticarət və xidmət sahələrində fəaliyyət göstərən brendlərə mükafatlar təqdim olunacaq. Həmin brendlər isə istehlakçılar tərəfindən müəyyənləşdiriləcək. Mükafatlar ərzaq məhsulları, turizm, maliyyə-kredit təşkilatları, pərakəndə ticarət, yük və sərnişin daşımaları, KİV, İKT və bir sıra digər sahələrdə fəaliyyət göstərən şirkətlərə təqdim olunacaq.

Son bir il ərzində ERG tədqiqat qrupu tərəfindən Azərbaycanda məhsul və xidmətlərə olan tələbat dinamikasını öyrənib. Lakin «son sözü» istehlakçılar www.brandaward.az veb-saytında keçirilən səsvermə ilə deyəcək. Səsvermə cari ilin noyabrın 23-dək keçiriləcək. Səsvermənin nəticələri isə dekabr ayında məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR