Bank Of Baku

Gələn həftə Belarus sahibkarları Azərbaycana gələcək

Gələn həftə Belarus sahibkarları Azərbaycana gələcək
# 20 may 2009 08:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 25-də Belarusun qida sənayesində fəaliyyət göstərən 8 şirkətin nümayəndələri Azərbaycana səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən «APA-Economics»ə verilən məlumata görə, Belarus şirkətlərinin Azərbaycana səfərinin əsas məqsədi mayın 25-27-də Bakıda keçiriləcək XV Azərbaycan Beynəlxalq Qida Sənayesi və III Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgilərində iştirak etməkdir. Belarusun nümayəndə heyətinə «Krasnıy pişşevik» şirniyyat müəssisəsi, «Akvadiv», «Minsk Kristall», «Belalko» likyor-araq zavodları, «Bellakt» süd və uşaq yeməkləri istehsalçısı, Roqaçyovsk süd-konserv kombinatı, Lidsk süd müəssisəsi və Bobruysk traktor zavodunun təmsilçiləri daxildir.

Bundan başqa, Belarusun «Bobruyskaqromaş», «Bobruyskselmaş» müəssisələri, həmçinin «Yelizovo» şüşə zavodu və «Promaqrolizinq» şirkətinin rəhbərləri və mütəxəssisləri də Azərbaycana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR