Bank Of Baku

Yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16% artıb

Yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 16% artıb
# 20 may 2009 08:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə 1 107,1 mln. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 16,1% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 49,8%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 10,6% üstələyərək 796,2 mln. manata çatıb.

Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 882,7 mln. manatlıq pullu xidmət göstərilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 17,2% çoxdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən isə əhaliyə 224,4 mln. manat və ya ötən ilin analoji dövrü ilə müqayisədə 11,8% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR