Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin yanvar-aprel aylarına nisbətən 12,7% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 2,7% təşkil edib. Pərakəndə əmtəə dövriyyəsinin real artımının 84,7%-i ticarət müəssisələri, 15,3%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Cari ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 106,4 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 13,9% və ya 13 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 9,5 manat, bazar və yarmarkalarda 3,5 manat təşkil edib.
Bu ilin ilk dörd ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 66,4% olub. Hesabat dövründə əhaliyə 2 437,1 mln. manatlıq ərzaq, 1 233,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi müvafiq olaraq 10,7% və 3,4% artıb.
2009 (2008)-cu ilin yanvar-aprel aylarında əmtəə bazarının strukturu