Bank Of Baku

Azərbaycanda kiçik özəlləşdirilmə ilin sonunadək yekunlaşacaq

Azərbaycanda kiçik özəlləşdirilmə ilin sonunadək yekunlaşacaq
# 21 may 2009 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi 2009-cu ilin sonunadək yekunlaşacaq. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

«Kiçik özəlləşdirmə bu gün demək olar ki, başa çatıb. Çox cüzi sayda obyekt qalıb və onların da özəlləşdirilməsini ilin sonuna qədər tam başa çatdırmağı planlaşdırırıq», - deyə K.Həsənov vurğulayıb.

Qeyd edək ki, 1996-2008-ci illər ərzində kiçik özəlləşdirməyə açılmış 41 476 obyekt və müəssisə özəlləşdirilib. Ötən il özəlləşdirilən müəssisə və obyektlərin sayı isə 1 781 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR