Bank Of Baku

Azərbaycanda dövriyyədən çıxarılan özəlləşdirmə çekləri ilin sonuna 80%-i ötəcək

Azərbaycanda dövriyyədən çıxarılan özəlləşdirmə çekləri ilin sonuna 80%-i ötəcək
# 21 may 2009 10:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sonunadək Azərbaycanda dövriyyədən çıxarılan özəlləşdirmə çeklərinin silinən hissəsi 80%-i ötəcək. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

K.Həsənovun sözlərinə görə, özəlləşdirmə prosesi başlanandan bu günədək dövriyyədə olan özəlləşdirmə çeklərinin 75%-ə qədəri dövriyyədən çıxarılıb: «Çalışırıq ki, ilin sonuna qədər bu say 80%-dən çox olsun».

Qeyd edək ki, 2009-cu ilin may ayının 1-i vəziyyətinə Azərbaycanda 23,6 mln. ədədə yaxın dövlət özəlləşdirmə çeki dövriyyədən çıxarılıb. Bu, 1997-ci ilin mart ayında dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 73,8%-i deməkdir. Çeklərlə yanaşı, qeyd olunan dövrdə 10 mln. ədədə yaxın özəlləşdirmə opsionu silinib.

Xatırladaq ki, dövlət özəlləşdirmə çekləri 1997-ci ilin mart ayından dövriyyəyə buraxılıb və maksimal qiyməti 84 manat olub. Hazırda «qara bazarda» 1 özəlləşdirmə payının (4 çek) alış-satış qiyməti 10-11 manat təşkil edir. Çeklərin dövriyyə müddəti isə 2009-cu ilin sonunda bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR