Bank Of Baku

İsrail və Azərbaycan sahibkarlıq sahəsində əməkdaşlığı genişləndirir

İsrail və Azərbaycan sahibkarlıq sahəsində əməkdaşlığı genişləndirir
# 21 may 2009 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Tel-Əvivdə (İsrail) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və İsrailin İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə İsrail-Azərbaycan biznes-forumu keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, konsaltinq, tikinti və digər sahələrdə fəaliyyət göstərən 11 şirkətin nümayəndələri iştirak edib. İsraili isə forumda analoji sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar təmsil edib.

Biznes-forumda Azpromo-nun prezidenti Rəhim Hüseynov və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev Azərbaycanın biznes imkanları və investisiya mühiti, həyata keçirilən layihələr, İsrailin Azərbaycandakı səfiri Artur Lenk İsrail-Azərbaycan iqtisadi əlaqələri, azərbaycanlı iş adamları isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış ediblər.

Tədbir çərçivəsində Azpromo ilə İsrailin İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sənəddə biznes mühiti, iqtisadi və investisiya imkanlarının inkişafı, bu sahədə qanunvericilik aktları barədə məlumat mübadiləsi, sahibkarlar arasında görüşlərin, biznes-forumların, seminar və təlimlərin təşkili və s. məsələlər əksini tapıb.

Qeyd edək ki, tədbirdə həmçinin iki ölkənin iş adamları arasında ikitərəfli görüşlər keçirilib, sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR