Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasına prezident seçkiləri avqustda keçiriləcək

Azərbaycan Sahibkarlar Konfederasiyasına prezident seçkiləri avqustda keçiriləcək
# 22 may 2009 11:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) yeni prezidentin seçilməsi ilə bağlı növbəti qurultay bu ilin avqust ayında keçiriləcək. «APA-Economics»in məlumatına görə, bunu ASK-nın prezidenti vəzifəsini icra edən Etibar Əliyev bildirib.

E.Əliyevin sözlərinə görə, ASK-nın nizamnaməsinə uyğun olaraq, qurultay növbəti üç ay ərzində keçirilməlidir: «Yəqin, nizamnaməyə uyğun olaraq biz bunu cari ilin avqust ayının ortalarında keçirəcəyik».

Qeyd edək ki, bu yaxınlarda ASK-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib. Toplantıda bu ilin aprelin 30-da keçirilmiş ASK-nın II Qurultayının yekunları müzakirə olunub. İclasda çıxış edən qurumun prezidenti Ələkbər Məmmədov elmi-pedaqoji fəaliyyətini əsas gətirərək, tutduğu vəzifədən istefa verib. Bununla əlaqədar, ASK-nın nizamnaməsinə uyğun olaraq, növbədənkənar qurultay çağırılana qədər Konfederasiyanın prezidentinin səlahiyyətləri vitse-prezident Etibar Əliyev tərəfindən icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR