Bank Of Baku

ADA Şirkətlər Qrupu yaxın aylarda istehsal etdiyi məhsullarının sayını 20-yə çatdıracaq

ADA Şirkətlər Qrupu yaxın aylarda istehsal etdiyi məhsullarının sayını 20-yə çatdıracaq
# 25 may 2009 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin payız aylarında ADA Şirkətlər Qrupu istehsal etdiyi məhsullarının sayını 20-yə çatdıracaq. Bu barədə «APA-Economics»ə ADA-nın Direktorlar Şurasının sədri Serqey İvaşkeviç məlumat verib.

S.İvaşkeviçin sözlərinə görə, şirkətin səhmdarlarının sonuncu iclasında yeni brend – «Almalı malı» adı altında məhsulların istehsalına başlanması barədə qərar qəbul olunub: «Hazırda biz «Almalı»nın Xırdalanda yerləşən Paylayıcı Mərkəzində şirniyyat, un məmulatları və ət məhsulları kimi mallar istehsal edirik. Payız aylarında isə biz istehsal etdiyimiz məhsulların sayını 20-yə çatdırmaq niyyətindəyik. Əldə edəcəyimiz yeni texnologiyalar buna imkan yaradacaq».

S.İvaşkeviç onu da bildirib ki, cari ilin yay aylarında ADA-nın mütəxəssisləri ölkədə əsasən hansı məhsullara tələbatın çox olmasını müəyyənləşdirəcək və məhz bundan sonra Paylayıcı Mərkəzdə istehsal olunacaq mal və məhsulların adı bilinəcək.

Qeyd edək ki, ADA Şirkətlər Qrupu 2005-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Hazırda Qrup 50 mln. ABŞ dollarına yaxın özəl kapitala, həmçinin regionda ən müasir Xüsusi Paylayıcı Mərkəzə malikdir. Mərkəz məhsulların qəbulu, saxlanması və paylaşdırılmasını müasir dünya standartlarına uyğun həyata keçirir. Bundan başqa, şirkətin ölkə üzrə 40 «Almalı» supermarketi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR