Bank Of Baku

Azərbaycan Afrikaya şirniyyat məhsulları ixrac edəcək

Azərbaycan Afrikaya şirniyyat məhsulları ixrac edəcək
# 25 may 2009 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Unikal» şirkəti istehsal etdiyi şirniyyat məhsullarını Türkiyə, Rusiya, Balkan və Afrika ölkələrinə ixrac etməyə hazırlaşır. Bu barədə «APA-Economics»ə «Unikal» şirkətinin xarici əlaqələr üzrə baş meneceri Emil Rüstəmov məlumat verib.

E.Rüstəmovun sözlərinə görə, şirkət ilkin olaraq istehsal etdiyi məhsulların nümunələrini bu ölkələrə göndərib və yaxın vaxtlarda böyük həcmdə məhsulun göndərilməsi planlaşdırılır.

E.Rüstəmov «Unikal» şirkətinin ISO standartlarının alınması istiqamətində müvafiq işlər apardığını da qeyd edib: «Artıq birinci mərhələ keçilib. Yaxın vaxtlarda işləri yekunlaşdıraraq ISO sertifikatını almaq niyyətindəyik».

Şirkət məhsullarını cari ilin noyabr ayında İtaliyada keçirilməsi planlaşdırılan beynəlxalq qida sənayesi sərgisinə çıxarmağı planlaşdırır.

Qeyd edək ki, «Unikal» şirkəti 1992-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR