Bank Of Baku

Litvada Azərbaycan Ticarət Evi açılacaq

Litvada Azərbaycan Ticarət Evi açılacaq
# 25 may 2009 12:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakıda yerləşən Litva Ticarət Evi bu ölkədə istehsal olunan bir sıra ərzaq məhsullarının Azərbaycanda satışının təşkilinə başlayıb. Bu barədə «APA-Economics»ə Litva Ticarət Evinin rəhbəri İlkin Quliyev məlumat verib.

Artıq iki aydır fəaliyyət göstərən süd, qablaşdırılmış sular, ət və ət məhsullarını Azərbaycana idxalına başlayıb. Gələcəkdə Latviya və Estoniyada da istehsal olunan məhsulların Azərbaycana idxalını həyata keçirməklə Litva Ticarət Evinin fəaliyyətini genişləndirilməsi planlaşdırılır: «Bu çərçivədə Azərbaycanda ilin sonunadək Litva istehsalı olan məhsulların satışını həyata keçirəcək marketlər şəbəkəsi yaratmağı planlaşdırırıq».

Aprel ayının əvvəlindən bu günədək Litva Ticarət Evinin xətti ilə Litvadan 354 min manat dəyərində məhsul idxal olunub.

Yay aylarında isə Litvada Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Artıq Litva tərəfi Azərbaycandan şərab məhsullarının idxalı ilə bağlı sifarişlər verib. Riqada Azərbaycan Ticarət Evi açılandan sonra bu ölkəyə faraş tərəvəz ixracı da həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR