Bank Of Baku

«Goranboy Sənaye İnşaat»ın səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılıb

«Goranboy Sənaye İnşaat»ın səhmlərinin əmək kollektivinə güzəştli satışına başlanılıb
# 30 may 2009 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi «Goranboy Sənaye İnşaat» ASC-nin səhmlərinin əmək kollektivinə güzəştli satışını elan edib. Bu barədə «APA-Economics»ə Komitədən məlumat verilib.

Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 47 708 manat, buraxılmış səhmləri 23 854 ədəddir. Güzəştli satışa 1 ədədinin nominal qiyməti 2 manat olan 3 578 səhm çıxarılıb.

Səhmdar cəmiyyəti özəlləşdirməyə qədər keçmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyinin tabeliyində olub.

Güzəştli satışa sifarişlər müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən iyunun 22-dən iyulun 15-dək qəbul ediləcək. Güzəştli satışın yekunlarını təsdiq etmək üçün iyul ayının 16-da müəssisədə iştirakçıların ümumi yığıncağı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR